• Ca. Dek 26th, 2024

Vahe Hakobyan: “Azərbaycan Ordusu Sünikdə varlığını dərindən hiss etdirir”

ByYenigun.news

May 25, 2021

Azərbaycan ordusunun Zəngəzurdakı fəaliyyəti erməniləri təşvişə salıb.

Yenigun.news xəbər verir ki, Sünik vilayətinin keçmiş valisi, Dirçəliş Ermənistan Partiyasının sədri Vahe Hakobyan Azərbaycan hərbçilərinin Gorayk kəndi ərazisində irəlilədiyin vurğulayıb. O, Azərbaycan qoşunlarının Sünikdəki varlığını dərindən hiss etdirdiyini qeyd edib.

“Status-kvo bərpa edilməlidir. Vəziyyət gərgin olaraq qalır. Belə davam edərsə, qorxuram ki, Sünik əhalisi ərazilərində düşmən qoşunlarının olduğu fikrini irəli sürəcəklər”,-deyə keçmiş vali bildirib.

Onun fikrincə, Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir və danışıqlar çıxılmaz vəziyyətə gəlir:

“Məsələnin güc yolu ilə həllinin mümkün olduğu an artıq yoxdur. İndi Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgəri orada yerləşdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir