• Şb. May 4th, 2024

AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞDIR

ByVuqar Ferzeliyev

Fev 8, 2022

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir. Nəzərə alsaq ki, artıq 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını nəql edir. Eyni zamanda 2020-ci ildən etibarən 7 milyard kubmetr mavi qaz Avropa bazarına çıxarılıb. 2022-ci ildə də ölkəmiz Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bir sıra mühüm məsələlərə toxundu. Əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər. Prezident bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.
Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Cənab Prezident də qeyd etdi ki, Cənub Qaz layihəsi başa çatıb. Babək yatağı, Ümid yatağı, gələcək perspektivlərlə bağlı çox ciddi açıqlamalar verdi. Hərəsinin 400 milyard, 200 milyard kubmetr ehtiyatları olduğunu və gələcəkdə Avropa, həmçinin dünyada enerji təhlükəsizliyinin qarşısının alınmasında mühüm addımlar atıla biləcəyini bildirdi.
Bundan başqa, “Azəri-çıraq-günəşli” yatağı çox mühüm potensiala malik layihədir. Bu, artıq 4 qonşu ölkə arasındakı Cənub Qaz layihəsi kimi yadda qalacaq. Azərbaycan keçən il 19 milyard kubmetr qaz ixrac edib. 8,5 milyard Türkiyə, 7 milyard İtaliya, bununla yanaşı, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixracı olub. Artıq bir neçə dövlət, Avropa İttifaqının aparıcı rəhbərliyi bununla bağlı Azərbaycanla danışıqlara hazırdır və danışıqlar gedir.
Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir. Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Çünki Azərbaycan bir daha sübut etdi ki, bu beynəlxalq layihələrdə ciddi tərəfdaşdır. Gələcəkdə belə proseslərdən öz xeyrinə kiminsə istifadəsi üçün siyasi məsələrdə bu iştirak etmir. Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir.

Etibar Sadıqov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir