• Şb. May 4th, 2024

Tokio olimpiadasında koronavirusa yoluxanların sayı 264-ə çatdı

ByYenigun.news

Avq 1, 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

“Report” Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 18 nəfərin testi müsbət çıxıb.

Onlardan biri idmançıdır. Beləliklə, Tokio olimpiadasında infeksiya aşkarlanan şəxslərin sayı 264-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir