• C. Apr 19th, 2024

Aktyor evini satışa çıxardı: “Bilmirəm, nə edim!..”

ByYenigun.news

Mar 16, 2021

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən, hamının Ovçu Pirim kimi tanıdığı aktyor Allahverdi Yolçuyev  səhhətinin hələ də pis olduğunu deyib.
Yenisabah.az-a danışan sənətçi müalicə üçün xarici ölkələrə getməli olduğunu, lakin buna maddi imkanı olmadığını bildirib:
“Səhhətim elə əvvəlki kimidir. Əl əsməsinə Azərbaycanda bir çarə tapa bilmirəm. Müalicəsi xaricdədir, ora getməyə də imkanım yoxdur. Yardım etmək istəyən yoxdur. Bircə dəfə Qənirə Paşayeva məni qəbul etdi, bir-iki həkimə zəng edib tapşırdı, vəssalam. Başqa heç nə olmayıb”.
62 yaşlı aktyor yeni Mədəniyyət Naziri yaxından tanımasa da fəaliyyətindən ümidli olduğunu deyib:
“Yeni Mədəniyyət Naziri təyin edildikdən sonra köməkçisinə zəng etdim. Tamerlan müəllimlə danışıb dedim ki, istərdim nazir məni qəbul etsin. Çünki mən nə işləyirəm, nə də təqaüd alıram, nə də xəstəliyə görə nəsə alıram. Ümumiyyətlə, heç yerdə adım da getmir. 
Onlar da deyirlər ki, hazırda teatrlar pandemiyaya görə bağlıdır, hansısa teatrda nə işə qəbul edir, nə də çıxarırlar. Amma əslində işə götürmək istəsələr, götürərlər. Müşahidə edirəm, görürəm ki, yeni nazir sənət ocaqlarına gedir, sənətçiləri başına yığıb söhbət edir, onların problemləri ilə maraqlanır. Gəncdir, bacarıqlıdır, fikrimcə, hər şey yaxşı olmalıdır. Şəxsən mən özüm nə edəcəyimi artıq bilmirəm. Bəzən az qalıram hansısa ucqar yerə gedim, orada qalım, telefonu filan söndürüb deyəm ki, “vəssalam mən artıq yoxam”.
Allahverdi Yolçuyev ailəsini dolandırmaq üçün bir neçə işdə işləmək məcburiyyətində olduğunu, maddi çətinliklərlə üzləşdiyi üçün evini satışa çıxardığını açıqlayıb:
“Yaxşı ki, dublyaj var, ora çağırırlar. Karantin müddətində bir şirkət vardı onlar çağırdı, dünya klassiklərini onlar üçün oxudum. Vaxtım keçdi. Sənət dostlarım tez-tez bizə qonaq gəlir. Naibə Allahverdiyeva, Qorxmaz Əlili, Nahidə Orucova və başqaları məni yaddan çıxarmırlar. Görüşürük, söhbət edib çay içirik vaxtımız keçir. 
Amma səd-heyf ki, onlar heç olmasa maaş alır mənsə heç nə almıram. Hazırda evimi satışa qoymuşam, görək nə olur. Evdə hamısı qızlarımdır, onlara baxıram. Onlar da fağırdırlar, dilli-dilavər deyillər ki, özlərinə bir iş tapsınlar. Onları qınamıram, insan bacarmırsa, necə məcbur etmək olar? Vaxtında onları oxutmamışam, peşə verməmişəm, evdə saxlamışam, indi də cəzasını çəkirəm”.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir