• C. Apr 19th, 2024

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq — SƏRƏNCAM

ByYenigun.news

May 20, 2021

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Yenigun.news xəbər verir ki, sərəncam görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncamla Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir