• Şb. May 18th, 2024

İsmayıllıda avtomobil yolunun tikintisinə pul ayrıldı

ByYenigun.news

İyl 30, 2021

Prezident İlham Əliyev iyulun 30-da İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenigun.news verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir