• Ça. Apr 23rd, 2024

Rusiya və ABŞ-ın silahlarının sayı açıqlandı

ByYenigun.news

May 24, 2021

“Yeni START layihəsi çərçivəsində 1 mart tarixinə olan məlumata görə, Rusiya 517 və ABŞ 651 yerləşdirilmiş qitələrarası ballistik raket, dənizaltı ballistik raket və döyüş təyyarəsinə sahibdir”.

“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yayımladığı sənəddə deyilir.

Sənədə əsasən, Rusiya 1456 yerləşdirilmiş qitələrarası və dənizaltı ballistik raketlə nüvə başlığına malik olduğu halda, ABŞ-ın əlində sözügedən raket başlıqlarından 1357 ədəd var.

Bundan başqa, Rusiya tərəfində 767, ABŞ tərəfində isə 800 yerləşdirilmiş və yerləşdirilməmiş qitələrarası və dənizaltı ballistik raketatma sistemi var.

Sənəddə ABŞ-ın bəzi yeraltı raketatma sistemlərini yenidən adlandırdığı və bu sistemləri müqaviləyə daxil etməyi rədd etdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir