• C. Dek 27th, 2024

Almaniya, Rusiya, Fransa XİN başçıları Qarabağı müzakirə etdilər

ByYenigun.news

İyn 8, 2021

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian və Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Xayko Maas Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Ukraynada, Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə “Yenigun.news” Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər arasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının icrasının gedişi müzakirə olunub.

Qeyd edilir ki, danışıqlar zamanı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb.

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər.

XİN rəhbərləri həmçinin Ukrayna məsələsini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir