• Ça. Okt 28th, 2025

BMT nümayəndəsi: “Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edib”

ByYenigun.news

May 6, 2022

“Azərbaycan iqtisadiyyatı son 30 ildə əhəmiyyətli dərəcədə inkişaf edib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin əməkdaşı Konako Mabuçi ADA Universitetində keçirilən tədbirdə (Azərbaycanın BMT-də daimi nümayəndəliyinin təsis edilməsinin 30 illiyi ilə əlaqədar) deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq sistemdə mühüm aktorlardan birinə çevrilib.

Onun sözlərinə görə, Azərbaycan koronavirus pandemiyası zamanı qlobal təşəbbüslər göstərib və humanitar missiya ilə işlər görüb.

Aqşin Kərimov