• Ca. Dek 26th, 2024

Ceyhun Bayramov: “Şimal-Cənub layihəsi daha da inkişaf etdirilə bilər”

ByYenigun.news

İyn 24, 2022

“Şimal-Cənub layihəsi daha da inkişaf etdirilə bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas diqqət regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib.

“Bununla əlaqədar olaraq, Şimal-Cənub layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu layihə öz səmərəliliyini göstərib və daha da inkişaf etdirilə bilər”, – nazir deyib.

O, Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf etdirdiklərini və Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələrə malik olduğunu xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir