• C. Dek 27th, 2024

Darya Qretsova: “Nikol Paşinyan qorxur” – RUSİYADAN ŞƏRH

ByYenigun.news

İyn 14, 2022

“Hesab edirəm ki, Ermənistan müxalifətinin fəaliyyəti hakimiyyət dəyişikliyinə səbəb ola bilməz. Əhalinin əksəriyyəti hələ də ölkənin baş naziri Nikol Paşinyanı dəstəkləyir”.

Bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunda direktor müavini Darya Qretsova Oxu.Az-ın Ermənistanda müxalifətin fəallığının hakimiyyət dəyişikliyinə səbəb olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda müxalifətdən narazılar Paşinyandan narazı olanlardan daha çoxdur.

“Bəli, ölkədə daxili problemlər var, amma xalq başa düşür ki, müxalifət hakimiyyətə gəlsə, o zaman onların revanşist əhval-ruhiyyəsi yeni, böyük müharibəyə gətirib çıxara bilər, hansında ki, Ermənistan uduzacaq, analar isə yeni məzar yerləri alacaqlar. İnsanlar bunu istəmirlər”.

Politoloq erməni müxalifətçilərə dəstək verilməməsinin digər səbəbini onların uzun illər hakimiyyətdə olması, lakin bu müddətdə ölkədə siyasi və iqtisadi sahədə heç bir müsbət dəyişikliyin müşahidə edilməməsi ilə izah edib.

“Bu müxalif fikirlər Ermənistanın Respublika Partiyası və xaricdən diaspor təşkilatları tərəfindən dəstəklənir. Amma Ermənistan daxilində insanlar yeni hakimiyyət dəyişikliyini istəmirlər. Bunu ötən il Nikol Paşinyanın siyasi qüvvəsinin qələbəsi ilə nəticələnən seçki də göstərdi. Əgər müxalifətin yeni fiquru olsaydı, o zaman intriqa baş verərdi, hakimiyyət dəyişikliyi ehtimalından danışmaq olardı. Amma bu – eyni köhnə elitadır”.

Ekspert bununla belə, sülh yolu ilə nizamlanmaya qarşı çıxan müxalifətin danışıqları poza biləcəyini vurğulayıb.

“Bu insanlar son dərəcə anti-Azərbaycan və antitürk əhvaldadırlar. Nikol Paşinyan onların səbəbindən qonşuları ilə problemləri həll etmək üçün iki addım irəli gedə bilmir, həmişə geriyə dönüb müxalifətə baxır. Baş nazir qorxur ki, onun regionda sülh yolu ilə nizamlanma üçün hər-hansı hərəkəti Ermənistan cəmiyyətində sabitliyi poza bilər. Paşinyan həmçinin qorxur ki, bəzi radikal qruplar, bəlkə də, Livan və ya Suriyadan olan bəzi erməni silahlıları ona sui-qəsd edə bilərlər. Ona görə də Ermənistanın baş naziri bu etirazları nəzərə alır”, – deyə D.Qretsova sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir