• Ca. Apr 18th, 2024

Almaniya prezidenti səfirimizin etimadnaməsini qəbul etdi – FOTO

ByYenigun.news

Sen 29, 2022

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib. 

Bununla bağlı səfir özü paylaşım edib.

Sonra Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər. 

Səfir N.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer öz növbəsində Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. 

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Almaniya Prezidentinin Berlindəki Bellevue İqamətgahında keçirilən mərasimdə Azərbaycanın dövlət bayrağı qaldırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir