• C. Apr 19th, 2024

Azərbaycan səhiyyə naziri türkiyəli həmkarını təbrik edib

ByYenigun.news

İyn 6, 2023


Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Kocaya yenidən nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“2023-cü il mayın 28-də keçirilən seçkilərdə qardaş Türkiyə xalqı tərəfindən Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi hər bir azərbaycanlını sevindirir və qürurlandırır.

Formalaşan yeni hökumətdə yer almanız münasibətilə sizi təbrik edirik. Son illərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar nəticəsində qardaş ölkənin səhiyyə sistemi dünyada ön plana çıxıb və əhalinin sağlamlıq göstəricilərində mühüm irəliləyişlər əldə olunub.

Ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığa verdiyiniz dəstəyə görə məmnunluğumuzu ifadə etməklə yanaşı, birgə uğurlu işlərimizin bundan sonra da davam edəcəyinə inanırıq.

Səhiyyə naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi bir daha təbrik edir, vəzifənizdə uğurlar arzulayır, nazirliklərimiz arasındakı peşəkar münasibətlərin xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verəcəyinə əminliyimizi bildiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir