• Ça. May 7th, 2024

Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi – FOTO

ByYenigun.news

Apr 26, 2024




Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşlərdə Ordumuzda hərbi tibb sahəsində görülən tədbirlər, kiber təhlükəsizliklə bağlı icra olunan fəaliyyətlər, informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, brifinqlər təqdim edilib.

Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir