• Ça. Apr 23rd, 2024

Azərbaycanlı deputatlar Parisdə fransalı həmkarları ilə görüşəcəklər

ByYenigun.news

İyn 6, 2023


Milli Məclisin deputatları – Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 10-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir