• Ca. Apr 25th, 2024

Bakıda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – FOTO/VİDEO

ByYenigun.news

Noy 30, 2022

Bakıda “Landmark” plazanın qarşısında “Odda – İki bacı” adlı filmin nümayişilə bağlı etiraz aksiyası keçirilir.

Oxu.Az xəbər verir ki, nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.

Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişindən imtina ediblər. Buna səbəb isə onun məzmununun ölkəmizdə narazılıq yaratmasıdır.

Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir