• Ca. Apr 25th, 2024

Deputatdan sensasiyalı təklif: “Ağdamdakı monitorinq mərkəzi Ermənistanla sərhədə yerləşdirilsin”

ByYenigun.news

Fev 1, 2023

“Ağdamdan fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməlidir”. 

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə təkliflə çıxış edib. 

O bildirib ki, Avropa İttifaqının missiyası mülki libasda Ermənistanda xidmət göstərməklə gələcəkdə NATO-nun regiona müdaxiləsinə şərait yaratmaq üçündür. 

“Hesab edirəm ki, cavab olaraq Rusiya-Türkiyə Monitorinq Mərkəzi Azərbaycanın Ermənistanla sərhədinə yerləşdirilməlidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”, – deyə o əlavə edib. 

Qeyd edək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədlərinə missiya göndərəcək. Missiyanın müddətinin iki il olması nəzərdə tutulur. 

Rusiya bu addımı regional sülhə xələl gətirən addım kimi qiymətləndirir. Azərbaycanın isə mövqeyi belədir ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və İttifaq bundan çəkinməlidir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir