• Ç. May 22nd, 2024

Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına inanırıq”

ByYenigun.news

May 1, 2024




“Biz bu bölgədə sülhün mümkün olacağına inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur:

“Blinken dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir