• Ça. Apr 23rd, 2024

Güney Azərbaycan milli hərəkatı üzrə ekspert: “İranda tariximizi təhrif, mədəniyyətimizi məhv edirlər”

ByYenigun.news

Noy 30, 2022

“İranda bizim tariximizi təhrif edirlər, ayrı cür yazırlar. Mədəniyyətimizi məhv edirlər. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır”.

“Report” xəbər verir ki, bunu Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi Bakıda noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Urmiya gölündə ekoloji fəlakət yaşanır:

“Urmiya gölünün Azərbaycan üçün həyati yaşam mənası var. Bu gölün ətrafında 14 milyon insan yaşayır. Hazırda gölün 95 faizi qoruyub. Keçmişdə həmin göl vasitəsilə yüklər daşınırdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir