• C. Apr 19th, 2024

İlham Əliyev: “Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”

ByYenigun.news

Mar 28, 2023


“Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

Ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir