• C. May 3rd, 2024

Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir – VİDEO

ByYenigun.news

İyn 30, 2023


“30 illik işğal dövründə ermənilər qərəzli və xüsusi nifrətlə tarixi torpaqlarımızda bütün mövcud infrastrukturla yanaşı, elektrik şəbəkələrini də tamamilə məhv etmişdilər. 44 günlük zəfər yürüşündə azadlığına qovuşan rayonlarda Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin əməkdaşları qəhrəman ordumuzun ardınca irəliləyərək bərpa və yenidənqurma işlərini həyata keçirdilər. Məqsəd işıqlı gələcəyi qarşıda olan azad vətən torpağında azad Azərbaycan işığını yandırmaq idi”. 

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, belə rayonlarımızdan biri də uca dağları, əsrarəngiz təbiəti ilə göz oxşayan Laçındır. Bu gün Laçın şəhərində məskunlaşan vətəndaşlarımız fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur. 

Ümumilikdə rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, “6-cı rayon” adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib. 

110/35/10 kv-luq “Laçın” yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir