• C. Apr 26th, 2024

Los Ancelesdə Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub – FOTO

ByYenigun.news

İyn 6, 2023


Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Los
Ancelesdə təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş
Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin
və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm
və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk,
yəhudi, Pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu,
Ramil Qurbanov Azərbaycan tarixində olduqca əlamətdar olan iki hadisə, ilk
respublikamızın yaranması, nailiyyətləri və Ümummilli Lider Heydər Əliyevin müasir
Azərbaycanın dövlət quruculuğunda rolu haqqında məlumat verib.

R.Qurbanov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə
üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin
apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan
qurtulduğunu, Azərbaycanın inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə
çatdırıb.

Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini
qeyd edən baş konsul, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında
Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad
edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl
texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş
konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar
atdığını bildirib.

Sonra çıxış edən Los Anceles Konsulluq Korpusunun duayeni Kosmin Dimitresku
(Cosmin Dimitrescu), konsulluq korpusu adından bütün azərbaycanlıları Müstəqillik
Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib. O,
Azərbaycanın dünyanın bir çox ölkəsi ilə, o cümlədən Rumıniya və Aİ ölkələri ilə
münasibətlərindən bəhs edib və enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı
tərəfdaş kimi əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin Heydər Əliyevin həyatı və Azərbaycan tarixində oynadığı
əhəmiyyətli rolu haqqında qısa film təqdim edilib və şəkillərdən ibarət sərgi təşkil edilib,
milli geyimlərimiz nümayiş etdirilib, müğənni Zəka Zeynalov tərəfindən xalq mahnıları ifa
edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub.

Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif
nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir