• Ca. Apr 25th, 2024

Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi

ByYenigun.news

Mar 31, 2023


Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyinin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir