• Ca. Apr 25th, 2024

Pakistan səfiri: “Kəlbəcəri turizm habına çevirmək olar”

ByYenigun.news

May 31, 2022

“Kəlbəcərin investisiya və infrastrukturun inkişafı baxımından potensialı var”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Kəlbəcərə səfər çərçivəsində jurnalistlərə bildirib.

Diplomat Pakistan şirkətlərinin regiona cəlb edilməsinə öz töhfəsini verməyi planlaşdırdığını vurğulayıb.

“Kəlbəcər təkcə gözəl landşafta malik region deyil, o həm də təbii resurslarla zəngindir. İnanırıq ki, bu regionu turizm habına çevirmək üçün böyük potensial var”, – Bilal Haye deyib.

Səfir tezliklə regionun bərpa ediləcəyinə və insanların doğma yurd-yuvalarına qayıdacağına əminliyini ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir