• C. Apr 26th, 2024

Paşinyan: “Sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərimə götürürəm”

ByYenigun.news

Okt 5, 2022

Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyət daşıdığını bəyan edib.

Bu barədə ölkə mediası məlumat yayıb.

“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, son müsahibəmdə dediklərimi – sülh gündəliyinin bu düstur üzrə həyata keçirilməsi məsuliyyətini öz üzərimə götürürəm. Bu gündəliyi praktiki olaraq həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm.”, – baş nazir Nikol Paşinyan çərşənbə günü parlament saatında deyib.

O, “yolu gördüyünü və onunla hərəkət etməyə hazır olduğunur” bildirib.

Bundan əvvəl Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir