• Ç. Apr 24th, 2024

Qazaxıstan mətbuatı: “Azərbaycan azad edilmiş ərazilərin infrastrukturunu bərpa edir” – FOTO

ByYenigun.news

Apr 30, 2022

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin infrastrukturunu yüksək templə bərpa edir”.

Bu barədə Qazaxıstan Teleqraf Agentliyinin (KazTaG) müxbirinin Qarabağdan hazırladığı materialda qeyd olunub.

“Qazaxstanlı ekspert və jurnalistlərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları jurnalistləri və ekspertləri yolların, körpülərin tikintisi, həmçinin Qarabağ regionunun ən böyük infrastruktur layihəsi olan Füzuli beynəlxalq hava limanı ilə tanış ediblər”, – deyə materialda qeyd olunub.

Ərazilərin minalardan təmizlənməsi prosesinin 5-10 il müddətində davam edəcəyinin bildirildiyi materialda həmçinin Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqliyinin sadəcə 25 faiz olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir