• C. Apr 26th, 2024

Vedant Patel: “ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların növbəti mərhələsini qəbul etməyə hazırdır”

ByYenigun.news

İyn 6, 2023


“Tərəflər Cənubi Qafqaz regionunun dinc gələcəyə doğru fəaliyyətini davam etdirdiyi üçün biz bu ayın sonunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunu gözləyirik”.

Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib.

“Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin son görüşün müxtəlif platformalarda getməsindən məmnundur”, – deyə ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir