• C. May 3rd, 2024

“Yelisey sarayını ən zəif, dişsiz, liderlik qabiliyyəti olmayan hakimiyyət idarə edir” – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 30, 2023


“Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni icmasının nümayəndələri, onların arasında xüsusi radikallığı ilə seçilən Papazyan və ona oxşar ideologiyaya xidmət edən şəxslərlə görüşündə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Makron hakimiyyəti Fransa tarixində mövcud olmuş ən zəif, dişsiz, liderlik qabiliyyəti olmayan hakimiyyətdir. Eyni zamanda, Makron Ermənistan diasporunun əlində bir maşa, alət kimi tarixə düşəcək”.

Bu fikirləri Oxu.Az-a Fransa Prezidenti Emmanuel Makronun Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü və irəli sürdüyü iddialarla bağlı danışarkən deputat Tural Gəncəliyev deyib. Onun fikrincə, Makron növbəti seçkilərdə erməni diasporunun səslərini, dəstəyini almaq üçün dəridən-qabıqdan çıxır:

“Fransanın anti-Azərbaycan, anti-Türkiyə siyasəti, Makron hakimiyyətinin özündə azərbaycanafob, türkəfob fikirlərin nə qədər kök atdığını, bu ideologiyanın gündən-günə çoxaldığını görürük. Erməni diasporunun Makronu manipulyasiya aləti kimi istifadə etməsi də bizi təəccübləndirmir. Dediyim kimi, tarixin ən zəif, ən dişsiz və hətta deyərdim ki, biabırçı hakimiyyəti hazırda Yelisey sarayını idarə edir. Ümumiyyətlə, Fransa tərəfindən insan hüquqları, demokratiya kimi mövzuların uzurpasiya edilməsi, onların bu mövzuları sanki bir monopoliyaya götürərək dünya ictimaiyyətinə qarşı istifadəsi bir daha özünü ifşa etdi. Makronun Papazyan kimilərlə görüşü Fransanın insan hüquqları, demokratiya məsələlərində harada olduğunu bir daha göstərir. Ermənilər 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın hüquq və azadlıqlarının pozulmasına səbəb olan millətdir. Onun radikal nümayəndəsi ilə görüşdə Makronun başqa hansı niyyəti ola bilər? Düşünmək olar ki, bu mövzular fransız hakimiyyətinin aqressiv siyasətini ört-basdır etmək, maskalamaqdan başqa bir şeyə xidmət etmir.

Fransada Azərbaycan səfirliyinə hücumlar, jurnalistlərimizə qarşı hərəkətlər göstərir ki, fransız hakimiyyəti təkcə öz məkrli, çirkin ideologiyası, bəyanatları ilə deyil, bəzən hətta belə açıq düşmənçilik addımları ilə də məqsədinə nail olmağa çalışır. Fransa hakimiyyəti bu cür hüquq pozuntularına, insan hüquqlarının tapdalanmasına nəinki mane olmur, hətta təşviq edir. Ancaq bir daha xatırlatmaq istəyirik ki, Azərbaycan dövlət maraqlarını axıra qədər müdafiə edir, milli maraqlarından heç vaxt geri çəkilmir. Yaxşı olar ki, Fransa tarixində ən zəif hakimiyyətə sahib olan Makron bunu birdəfəlik başa düşsün”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir