• Şb. Apr 27th, 2024

Əməkdar artist koronavirusa yoluxdu

ByYenigun.news

Avq 10, 2021

Əməkdar artist Nigar Şabanova koronavirusa yoluxub.

Yenigun.news xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.

“COVID məndən də yan keçmədi. Dostlar, özünüzü qoruyun. Çox ağırdı, olduqca ağırdı, insanın nəfəsi dayanır, ağrılarına dözmək də bir ayrı çətindi”, – o yazıb.

İfaçı hansı tibb müəssisəsində müalicə olunduğunu qeyd etməyib.

Qeyd edək ki, bir müddət əvvəl N. Şabanovanın hər iki valideyni koronavirus keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir