Rusiyada “Kapustin Yar” hərbi poliqonunun rəisi general-mayor Oleq Kislov ev dustaqlığına məhkum edilib.
Cia.az “Kommersant”a istinadən xəbər verir ki, Kislov barədə bu qərar Rusiyanın Müdafiə Nazirliyinə məxsus 300 ton yanacağın itməsi ilə bağlı başlanılan cinayət işi çərçivəsində verilib.
General-mayor rüşvət almaqda təqsirli bilinir.
Kislovun tabeliyində olan polkovnik Aleksey Prudnikov etiraf edib ki, o 1,9 milyon rubl rüşvət müqabilində yanacağı kənar şəxslərə satıb, sonra isə əldə etdiyi vəsaitləri komandiri ilə bölüşüb. Prudnikov, həmçinin rəisinin daha iki rüşvət faktı barədə də danışıb.