• Bz. Noy 24th, 2024

Avropa şəhərində elektrik avtomobillər bir il pulsuz doldurulacaq

ByVuqar Ferzeliyev

Dek 12, 2021

Yunanıstanın Afina hakimiyyəti il ​​boyu sürücülərə elektrik avtomobilləri üçün doldurma məntəqələrindən pulsuz istifadə etməyə icazə verib. Bu təşəbbüsün köməyi ilə şəhər hökuməti əhali arasında ekoloji cəhətdən təmiz nəqliyyatın populyarlığını artırmağı və atmosferə atılan zərərli tullantıları azaltmağı planlaşdırır.

Hələlik Yunanıstanın paytaxtında cəmi 25 enerji doldurma məntəqəsi var, lakin bələdiyyə infrastrukturu inkişaf etdirməyi planlaşdırır – bunun üçün Avropa şəhərində daha çox elektrik mühərrikli avtomobil sahibləri peyda olmalıdır. Sakinləri elektrikli avtomobillərə keçməyə təşviq etmək üçün administrasiya onların yanacaq doldurma xərclərini müvəqqəti olaraq azaltmaq qərarına gəlib.

Şəhər hökuməti qeyd edib ki, Afinada elektrik avtomobillərinin pulsuz doldurulması təşəbbüsü ilə yanaşı, planetə dəyən zərərin azaldılması üçün digər tədbirlər də həyata keçirilir: mərkəzdə avtomobillərin hərəkətini məhdudlaşdırılıb, daha çox velosiped yolları, piyadalar üçün küçələr salınıb, ictimai bağları abadlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir