Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da AZƏRTACA verdiyi müsahibədə bildirib ki, "Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam. Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır".
İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır. Qeyd edək ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır.
Prezidenti 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib. Bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir. “ASAN xidmət” konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub. Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə “ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub. Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir. İnşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir.
“ASAN kömək” vasitəsilə xarici ölkələrə səfər edən vətəndaşların köməyə ehtiyacı olarkən, eyni zamanda, təcili və təxliyə hallarında faydalana biləcəkləri mobil proqramdır. “Smeta-Normativ və Qiymətqoyma” İnformasiya Sistemi vasitəsilə isə müxtəlif istiqamətlər üzrə məlumatların toplanması, təhlil edilməsi, digər əlaqəli dövlət informasiya sistemlərinə ötürülməsi və aidiyyəti qurumlar üçün hesabatlılığın təmin edilməsi mümkün olacaq. Bu sistem vasitəsilə icra qurumlarının bütün xidmətlərini elektronlaşdırmışıq. Noyabr ayında istifadəyə vermişik, artıq 2437-dən çox istifadəçi yararlanıbdır.
Eyvaz Məmmədov