• C. Noy 22nd, 2024

Azərbaycan təhlükəli virusun yayılmasına
qarşı ciddi addımlar atır

ByVuqar Ferzeliyev

Mar 1, 2022
  Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxmalar hələ də insanları narahat etməkdədir.  Bir sıra ölkələrdə vəziyyət qeyri-stabil olaraq qalır. Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində çıxış etmişdir. Prezident bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı  sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. 
   Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Məhz, bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmağa nail oldu.  
   Prezident İlham Əliyevin bu dəfəki çıxışı da bölgədə və ölkə xaricində böyük maraq doğurmuşdur. Dövlətimizin başçısı  göstərmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur.  Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Hökumətimiz ilk günlərdən təhlükəli virusla mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Prezidentin şəxsi təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Ölkədə yanvar ayından etibarən vaksinasiyaya başlanmışdır, bu sahədə ən yüksək səviyyədə iş gedir.

   Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.  “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.

  Prezident öz çıxışında bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Ötən ildən  bir sıra yumşaldılmalara başlansa da, ümumilikdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər səngimir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  rayonumuzda da peyvəndləmə sürətlə davam etdirilirdir. Biz vətəndaşlar bunu hər gün, hər saat aydın görürük. Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.  Ümid edirik ki, dövlətimizin gördüyü tədbirlər nəticəsində bu gözəgörünməz bəlaya qalib gələcəyik.

Gülər İsgəndərova, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir