Azərbaycanın suveren ərazilərindəki erməni terrorçuları ya çıxarılmalı, ya da Azərbaycan qanunvericiliyinə müvafiq şəkildə cəzalandırılmalıdır.
Bu barədə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev “Twitter” hesabındakı paylaşımında qeyd edib.
“Azərbaycanın Qarabağ regionundakı bütün erməni terrorçu birləşmələri ya bizim suveren ərazilərimizdən çıxarılmalıdır, ya da Azərbaycan qanunvericiliyinə müvafiq olaraq cəzalandırılmalıdır. Üçüncü seçim mümkün deyil”, – deputat bildirib.
All #Armenian terrorist gangs in the #Karabakh region of ?? must be either 1) removed from our sovereign territories or 2) shall be punished in accordance with the legislation of #Azerbaijan.
No third option is available.
— Tural Ganjali (@TGanjaliyev) March 26, 2022