• Be. Noy 25th, 2024

Azərbaycan güclü ölkələr sırasındadır

ByVuqar Ferzeliyev

Apr 15, 2022

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı giriş nitqində hesabat dövründə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunu indiyədək qazanılan müsbət nəticələrin davamı kimi qiymətləndirdiyini bildirib.
Azərbaycan Prezidenti müşavirədə bildirib ki, respublikada postmünaqişə dövründə iqtisadiyyatla, həmçinin ərazilərin bərpası ilə bağlı mühüm addımlar atılıb və yüksək nəticələr əldə edilib. Postmünaqişə dövrü ilə bağlı bu müddət üçün nəzərdə tutulan bütün planlar yerinə yetirilib. Böyük investisiya layihələrinin reallaşdırılmasına başlanılıb. Təkcə cari ilin üç ayında iki mühüm investisiya layihəsinə start verilib, bərpaolunan enerji üzrə iki elektrik stansi-yasının təməli qoyulub. Hazırda 470 meqavat gücündə olan həmin stansiyalar xarici investorlar tərəfindən inºa edilir və gələn il istismara veriləcəyi nəzərdə tutulur. Bu isə böyük həcmdə təbii qaza qənaət olunmasını, ixrac imkanlarının genişləndirilməsini şərtləndirir.
Azərbaycanın ölkədə xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. Aparılan islahatlar nəticəsində ixrac təxminən iki dəfə, qeyri-neft ixracı isə 45 faiz yüksəlib. Hesabat dövründə xarici dövlət borcu da azalıb. Belə ki, keçən ilin aprel ayında xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizindən 12,5 faizə düşüb. Yəni, bir il ərzində xarici borc təqribən 600 mil¬yon ABŞ dollarından çox bir səviyyədə aşağı salınıb. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində gerçəkləşib. Bütün bunlar xalqımızı sevindirir və gələcək qələbələrə ruhlandırır. iqtisadi göstəriciləri də birinci rübdə uğurlu olub. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisa¬diyyatı 10 faizdən çox yüksəlib. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox olub. Bu rəqəmlər iqtisadiyya¬tın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması ilə reallaşıb. Miriş Qubadov, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir