• Şb. Noy 23rd, 2024

“UN-Habitat”ın rəhbəri dəstək üçün Azərbaycana təşəkkür edib

ByYenigun.news

İyn 29, 2022

“UN-Habitat” BMT-nin bu proqramının fəaliyyətinə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.

Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün “Report”un Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif bildirib.

O, Ümumdünya Şəhər Forumunun XI sessiyası (WUF 11) çərçivəsində görüşə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.

“Bu, çoxşaxəli forumdur. Burada milli, regional və yerli hökumət nümayəndələri iştirak edirlər. Görüşdə biz bütün dünyada, o cümlədən Azərbaycanda insanların rifahı naminə necə işləyə biləcəyimizi müzakirə etdik. Göstərdiyi dəstəyə görə bu dövlətə təşəkkürümü bildirirəm”, – Maimuna Mohd Şərif deyib.

Xatırladaq ki, “UN-Habitat” və Azərbaycan fəal şəkildə əməkdaşlıq edir. Bu yaxınlarda Azərbaycan könüllü şəkildə təşkilata 1,5 milyon ABŞ dolları dəyərində maliyyə yardımı edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir