• Ça. Noy 26th, 2024

İran və Ermənistanın azərbaycanlı PR agenti: Eldar Lənkəranski Brüsseldə necə işləyir?

ByYenigun.news

Avq 5, 2022

Uğur həmişə yalnız yeni dostları deyil, həm də pis niyyətli insanları cəlb edir. Ola bilsin ki, bu aksioma təkcə konkret şəxsə deyil, hətta bütöv dövlətlərə də şamil edilir. Hər halda, Azərbaycanın diplomatik, iqtisadi və hərbi-siyasi uğurları artıq bir neçə ildir ki, başqalarının rifahına biganə olmayanları da narahat edir.

Təəssüflər olsun ki, Bakının beynəlxalq aləmdə çoxlu düşmənləri var – bir sıra amerikalı konqresmenlərdən, avropalı deputatlardan və Rusiya Federasiyası Dövlət Dumasının erməni lobbisinin pulları hesabına “çiçəklənən” deputatlarından tutmuş, beynəlxalq mediada, QHT-lərdə, beyin mərkəzlərində və siyasi partiyalarda yerləşmiş hər cür “ekspertlərə” qədər. Bunun bir çox səbəbləri var – erməni diasporunun geniş şəbəkəsi, öz diplomatiyamızın çatışmazlıqları və Cənubi Qafqaz regionunda güclərin qlobal maraqları. Təəssüf ki, maliyyə “yardımları” ilə dəstəklənən antiazərbaycan və anti-türk “qvardiya”larında digərləri ilə yanaşı, etnik azərbaycanlılara da rast gəlmək olur. Sonuncular arasında ailəsi şanlı Azərbaycan bölgəsindən – Lənkərandan olan İran üzrə ekspert, politoloq Eldar Məmmədovu da qeyd etmək olar.

Caliber.az xəbər verir ki, E.Məmmədov pasporta əsasən, 1972-ci il dekabrın 13-də Latviyanın paytaxtı Riqada anadan olub. Orada təhsil alıb, Latviyanın bank sektorunda işləyib, “Parex Bank”ın Azərbaycandakı ofisini idarə edib. O, Latviya Xarici İşlər Nazirliyində və bu ölkənin İspaniya və ABŞ-dakı səfirliyində çalışıb. Məmmədovun diplomatik karyerası 2007-ci ildə Brüsseldə işə götürülməsi üçün tramplin olub. O, indi burada yaşayır və Avropa Parlamentinin Sosial Demokratlar qrupunun siyasi məsləhətçisi kimi işləyir.

Məmmədov hazırda subaydır, keçmiş həyat yoldaşı Nataliya Sisoyeva isə deputat A.Ameriksin köməkçisidir.

Məmmədov uzun illərdir ki, sistemli şəkildə məqalələr yazır. Bu yazıların istiqaməti Qərbdə Azərbaycanı nüfuzdan salmağa, onun Brüssel və Vaşinqtonla yaxınlaşmasının qarşısını almağa yönəlmiş ümumi “tezislər” toplusuna çox üzvi şəkildə uyğun gəlir. O, materiallarını sosial şəbəkələrdə və daha çox akademik və politologiya ictimaiyyətinin oxuduğu bir sıra xarici resurslarda və ekspert bloqlarında yerləşdirir. Azərbaycan uzun müddətdir ki, onun maraqları mərkəzindədir. Hələ 2010-cu ildə onun “Hürriyyət” gündəlik xəbər saytında “Azərbaycanda və Türkiyədə azadlığın qara günləri” adlı məqaləsi dərc edib və burada insan haqları kontekstində rəsmi Bakı və Ankaraya qarşı ittihamlar səsləndirib. On il sonra, 2020-ci il oktyabrın 2-də “The American Conservative” jurnalında Bakının ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatını “Azərbaycanın hücumu” kimi qələmə verib. Məqalədə Türkiyənin guya Suriya döyüşçülərini döyüş bölgəsinə göndərməklə Azərbaycana dəstək verməsi iddiaları da yer alıb.

Eldar Məmmədov “Twitter”də çoxluq təşkil eedən sıradan bir şəbəkə “trolu” olmadığından, analitik təfəkkürlü, hətta Avropa Parlamentində çalışan bir şəxs olduğundan, onun jurnalist fəaliyyətinin motivlərini daha ətraflı öyrənmək qərarına gəldik. Qısa jurnalist araşdırması zamanı biz müəyyən edə bildik ki, Məmmədov 2007-ci il iyunun 22-25-də İran İslam Respublikasına səfər edib. Ehtimallara görə, o, burada İran tərəfi ilə görüşüb və uzunmüddətli əməkdaşlığı rəsmiləşdirib. Maraqlıdır ki, İrana həmin qısa səfər Eldar Məmmədovun Avropa Parlamentində işlədiyi vaxta təsadüf edib. O vaxtdan iranlılar öz aktivlərinə Brüsselə daha bir “tərəfdar” əlavə ediblər ki, onun fəaliyyəti xarici siyasətin məqsədəuyğunluğundan asılı olaraq aktivləşdirilir və ya “yuxu rejiminə” salınır. Məmmədov uzun müddət özünü qızğın liberal və müvafiq olaraq İran hakimiyyətinin əleyhdarı kimi göstərib. Bununla belə, paralel olaraq, o, dəfələrlə İranın Belçikadakı səfirliyində – xüsusən 2010 və 2012-ci illərdə – ABŞ-İran böhranı zamanı görüntülənib. Ola bilər ki, o, liberal dəyərləri “müdafiə etməyə” gedib.

Bu günlərdə İsrail səfiri Dikin “Təbriz nağılları” ilə məşhur fləşmobu zamanı Məmmədov Nizami Gəncəvinin “fars” mənşəli olması ilə bağlı paylaşımlar edərək iranlı “tərəfdaşları” sevindirmək qərarına gəlib:

Ona görə də təəccüblü deyil ki, 2018-ci ildə İranın Brüsseldəki diplomatik missiyası Donald Trampın pozduğu “nüvə sazişi”ni dəstəkləmək üçün lobbiçilik aksiyası təşkil etmək və Avropa Parlamentində İranın fəal lobbiçiliyi üçün Məmmədova müraciət edib. İranlılar öz maraqlarını təmin etmək üçün heç bir vəsait əsirgəmirlər. Avropanın diplomatik dairələrində heç kimə sirr deyil ki, Məmmədov bu gün iranlı diplomatların Belçikada əsas “qoçu”na çevrilib və onların Avropa siyasətçiləri ilə ünsiyyəti üçün şəxsi tezislər hazırlayır.

Məmmədov həm də İran və Avropanın beyin mərkəzləri, məsələn, Avropa Siyasət Araşdırmaları Mərkəzi (CEPS) arasında əlaqələrin qurulmasında vasitəçidir. Siyasi fondlarla işləməyə də diqqət yetirir. Belə ki, Məmmədov bir neçə il əvvəl Brüsseldə Konrad Adenauer Fondunda İran və Avropa nümayəndələrinin iştirakı ilə qapalı müzakirələr təşkil edib. Avropanın aparıcı mediasında isə o, ictimai rəyə, ekspertlərə və siyasətçilərə İran üçün sərfəli şərtlərlə “nüvə sazişini” təzələməyə təsir etmək məqsədilə hədəflənmiş tezislər irəli sürür.

Bununla belə, gəlin “həmyerlimizin” Azərbaycana həsr etdiyi nəşrlərinə nəzər salaq. Məmmədovun 27 may 2021-ci il tarixində Fridrix Ebert Fondunun onlayn resursunda dərc olunmuş məqalələrindən biri “Azərbaycanda İsrail niyə tənqid olunmur” adlanır. O, analitik hesablamalarında heç bir ciddi mənbədə rast gəlinməyən məlumatları təbliğ edir ki, guya Azərbaycan İrana qarşı kəşfiyyat fəaliyyəti üçün İsrailə tramplin verir.

2020-ci il iyulun 22-də “Responsible Statecraft” jurnalında dərc olunan məqaləsində Məmmədov Azərbaycanı regiondankənar anti-İran proqramlarının manipulyasiyasına məruz qalmamaq üçün ayıq olmağa çağırır. Tanış ritorika, elə deyilmi? Görünür, məqaləni yazan zaman SEPAH-ın briqada generalının ruhu Məmmədovun bədəninə köçüb.

E.Məmmədov sosial şəbəkələrdə də artıq erməni maraqlarına uyğun gələn maraqlı tezisləri fəal şəkildə təbliğ edir. Onun “Twitter”dəki son paylaşımlarından birində deyilir ki, “Aİ-nin Rusiya qazına ciddi alternativ kimi Azərbaycandakı payı uzaqgörənlikdən kənardır və real deyil”. Maraqlıdır, Azərbaycanla Aİ arasında qaz sövdələşməsi kimləri bu qədər narahat edib?..

Ümumiyyətlə, son illər Məmmədov artıq açıq şəkildə erməni tərəfini dəstəkləməyə başlayıb. Ola bilsin ki, bu da İran qonorarlarının ümumi məbləğinə daxildir, kim bilir. Sosial şəbəkələrdə Eldar erməni “Twitter” fəallarının Azərbaycan əleyhinə yazılarını paylaşır. Hətta repostlarının birində o, Azərbaycan rəhbərliyini və “liberal olmayan” müxalifətini tənqid edən paylaşımına münasibət bildirən erməni təşviqatçıya təşəkkür edir:

Ola bilsin ki, İranla qazanclı dostluq Eldar Məmmədovda erməni yazılarına sevgi yaradıb. Nə yaxşı ki, orada kifayət qədər sponsorlar var. İştahanın yeməklə birlikdə gəldiyini nəzərə alsaq, Eldar Məmmədovun bununla da kifayətlənməyəcəyini proqnozlaşdırmaq mümkündür. Axı hamımız bilik ki, pulun qoxusu olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir