11–12 sentyabr tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər ediblər. Səfərdə 58 dövləti və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edib. Formal baxımdan bu, 2020-ci ildən bəri təşkil olunan 22-ci belə səfərdir. Bu səfərlərin artıq adi xarakter alması Qarabağın xüsusi siyasi səbəb olmadan səfər edilən, xarici diplomatların akkreditə olunduqları ölkənin digər bölgələri kimi ziyarət etdikləri bir əraziyə çevrildiyini göstərir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri Ermənistanın revanşist dairələrində yenidən ciddi narahatlıq yaradıb.
Qafqaz Albaniyası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Bu irsin tədqiqi və qorunması Azərbaycan üçün yalnız siyasi məsələ deyil, həm də elmi və mədəni məsuliyyətdir. Məsələyə belə yanaşmaq lazımdır: Qarabağdakı hər bir tarixi abidə hansı etnik və dini kimliyə aid edilməsindən asılı olmayaraq qorunmalıdır. Deməli, mədəni irs üzərində siyasi monopoliya yaratmaq yox, tarixi faktları açıq elmi müzakirəyə çıxarmaq lazımdır. Bu gün Ermənistan tərəfinin Qarabağdakı mədəni irslə bağlı həssaslığından danışarkən başqa bir tarixi həqiqəti də xatırlamaq vacibdir. Azərbaycanlıların indiki Ermənistan ərazisində əsrlər boyu yaşaması, orada yaşayış məntəqələri salması, məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və digər mədəni izlər yaratması da tariximizin bir hissəsidir.
Ermənistan parlamentinin sədri Ruben Rubinyan da bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini tənqid edib və belə açıqlamaların sülhə xidmət etmədiyini bildirib. Eyni zamanda o, tərəflərin mübahisələri hərbi toqquşmaya çevirməməsinin müsbət hal olduğunu qeyd edib. Əslində isə tarixi irs məsələsi emosional ittihamların deyil, elmi araşdırmanın, arxivlərin, maddi-mədəni sübutların və beynəlxalq ekspertizanın mövzusu olmalıdır. Azərbaycan üçün tarixi irs siyasi manipulyasiya vasitəsi deyil, qorunmalı milli və ümumbəşəri sərvətdir. Ermənistanda revanşist qüvvələrin mövcudluğu da yeni məsələ deyil. Lakin bu qüvvələri yalnız müxalifət daxilində axtarmaq düzgün olmazdı. Son günlər yayılan materiallar və sosial şəbəkələrdə aparılan kampaniyalar göstərir ki, bu prosesin arxasında Ermənistan hakimiyyətinə yaxın dairələrin də dayandığı barədə əsaslı suallar yaranır
Kamil Duniyev,
Vətən müharibəsinin ll qrup əlili
