• Ç. Sen 16th, 2026

Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir

ByVuqar Ferzeliyev

Sen 16, 2026

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri xarici ölkələrin nümayəndələrinin də diqqətini cəlb edir. Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirləri və diplomatları bu ərazilərə səfərləri zamanı görülən işlərin miqyasını öz gözləri ilə müşahidə edir və heyrətlərini gizlətmirlər.

Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri çox uğurlu oldu.  Çünki xarici diplomatlar öz gözləri ilə hər şeyi gördülər, ermənilərin çoxsaylı saxtakarlıqlarının və vəhşiliklərinin şahidi oldular. səfər çərçivəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə yaxından tanış oldular, həmçinin tarixi, mədəni və dini abidələri ziyarət etdilər.Bu, həm də çox xoş bir missiya idi.  

Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun, Fransa səfirini əvəz edən xanımın və ABŞ səfirliyinin nümayəndələrinin bu səfərdə iştirakı erməniləri çox qıcıqlandırırdı. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın bu barədə açıqlaması nəinki təəssüf doğurur, əslində yolverilməzdir. və qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.

      Ermənistan revanşistləri qərəzlidirlər, öz düşündüklərini dilə gətirirlər. Bu isə bizim daxili işlərimizə qarışmaq deməkdir və tamamilə qəbuledilməzdir.  Diplomatların Xudavəng və Gəncəsər kimi tarixi-dini kompleksləri ziyarət etməsi regiondakı mədəni-konfessional irsin unifikasiya olunmadan, mənşəyindən asılı olmayaraq bu irsin əsl sahibi kimi Azərbaycan tərəfindən bərabər hüquqi mühafizə rejiminə tabe tutulduğunu və ölkəmizin beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə mütləq riayət etdiyini nümayiş etdirdi.

                                                                                                                  Fədail Babayev,

                                                Cəlilabad rayonunda məskunlaşmış Şusa rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir