• Şb. Noy 23rd, 2024

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

ByYenigun.news

Apr 13, 2021

Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Niyaməddin Musayevin səhhəti qaydasına düşür. 

“Yenigun.news” xəbər verir ki, beş gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan müğənni evə buraxılıb. 81 yaşlı sənətçi özünütəcridə mənzilində davam edəcək. 

N. Musayev səhhəti barədə sosial şəbəkədə açıqlama yayaraq hər şeyin qaydasında olduğunu qeyd edib: “Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, həkimlərin sayəsində hər şey yaxşıdır. Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir