• Bz. İyl 20th, 2025

İş yerlərində yeniliklər olacaq: Peşəkarlıq artırılacaq

ByYenigun.news

Sen 12, 2022

İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Artıq dəyişiklik layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

Layihədə qeyd olunur ki, Azərbaycanın uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır.

Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir