• Be. Noy 25th, 2024

Bayden Rusiyaya qarşı sanksiya tətbiq etdi

ByYenigun.news

Apr 15, 2021

ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. 

“Yenigun.news” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Fərmana əsasən, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisinin ölkədən çıxarılmasına qərar verib. Bundan əlavə, fərman ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bank, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən verilən borc öhdəlikli qiymətli kağızlarını birbaşa almağı qadağan edir.

Eyni zamanda, ABŞ “SolarWinds”ə edilən kiberhücumdan Rusiya Xarici Kəşfiyyat Xidmətini məsul hesab etdiyini bildirib.

Həmçinin, ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir