• Ç. Sen 10th, 2025

Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır

ByYenigun.news

May 3, 2021

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha bir şəhərinə – Mineralnıye Vodıya – aviabilet satışına başlayır.

AZAL-dan verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.