• C. Dek 27th, 2024

Prezident üç Komissiyanın tərkibini dəyişdirdi

ByYenigun.news

May 5, 2021

Prezident İlham Əliyev Azərbaycan və Estoniya hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Yenigun.news” xəbər verir ki, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın həmsədri

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Xarici işlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Energetika nazirinin müavini

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Mərkəzi Bank sədrinin müavini

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri.

Prezident Azərbaycan və İraq hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibində də edib.

Bu Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın həmsədri

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Xarici işlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Təhsil nazirinin müavini

Gənclər və idman nazirinin müavini

Dövlət Turizm Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Mərkəzi Bank sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.

Avstriya ilə iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi də təsdiq edilib:

Komissiyanın həmsədri

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Maliyyə nazirinin birinci müavini

Xarici işlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Gənclər və idman nazirinin müavini

Energetika nazirinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyi hər üç sənəddəki dəyişiklik barədə müvafiq hökumətlərə bildiriş göndərməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir