• Bz. Noy 24th, 2024

Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək

ByYenigun.news

May 6, 2021

“Azərbaycanda səhiyyə işçilərinin 90 faizə qədəri vaksinasiya olunub”.

“Yenigun.news” xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib. 

O bildirib ki, təhsil sektorunda çalışanlar da bu rəqəmə çatırlar: “Çarpayı rejimində yatan COVID-19 virusuna yoluxanların sayı azalır. 

Bugünkü brifinqdə vaksin strategiyasının növbəti mərhələsini elan edəcəyəm. Vaksinin mövsümi xarakter daşıdığı da deyilir, ola bilsin ki, növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyulsun. Ölkəmiz vaksin istehsalçıları ilə daimi əlaqədədir və vaksinlər alınaraq Azərbaycana gətiriləcək. 

Bizim ölkəmizdə istifadə olunan bütün vaksinlər təhlükəsizdir. Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir