Yaxın günlərdə koronavirusdan dünyasını dəyişən xalq artisti Arif Quliyevin son səs yazısı yayılıb.
Onun əməkdar artist Nahidə Orucova ilə telefon danışığı “Elgizlə izlə” proqramında yayımlanıb.
Mərhum COVİD-in əlamətlərindən yalnız qızdırmasının olduğunu söyləyib. Bununla yanaşı xalq artisti xəstəxanaya getməyə qorxduğunu xüsusi vurğulayıb. Sonda o isə korona testindən keçməyə razı olub.