ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışığı olub.
“Yenigun.news” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Sallivan Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və tərəqqiyə sadiqliyini ifadə etdiyini bildirib. O, Ermənistan və Azərbaycan arasında son vaxtlar yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.
C. Sallivan tərəflər arasında davam etdirilən təmasları və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb. Bununla yanaşı, o, iki ölkənin beynəlxalq sərhədlərinin demarkasiyası ilə bağlı rəsmi danışıqların aparılmasının vacibliyini vurğulayıb.
Bəyanatda, həmçinin ABŞ-ın milli təhlükəsizlik müşavirinin Birləşmiş Ştatların ikitərəfli qarşılıqlı əlaqələr və Minsk Qrupunun həmsədri kimi regional barışığa nail olunması ilə bağlı sadiqliyini çatdırdığı vurğulanıb.