• Ca. Sen 4th, 2025

Vladimir Orliç: “Azərbaycan və Serbiya əlaqələri yüksək səviyyədədir”

ByYenigun.news

May 16, 2023


“Heydər Əliyev güclü dövlət yaradıb və indi bu dövlət öz xalqının firavanlığı üçün əlindən gələni edir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç deyib.

O deyib ki, Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib.

Orliç qeyd edib ki, bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərirlər.

“Bu gün Azərbaycan və Serbiya arasındakı əlaqələr yüksək səviyyədə davam edir. Biz strateji tərəfdaşlarımızın inkişafına sevinirik”, – deyə o əlavə edib.