• Ç. Avq 26th, 2026

Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı

Byadmin

May 16, 2023


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

APA xəbər verir ki, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.

Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir