Bu gün Baş nazir Əli Əsədov Rusiyaya rəsmi səfərə gedəcək.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya hökumətinin sədri Mixail Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.